Yaponiyanın TET Beynəlxalq İnkişaf Şirkəti bu günə kimi Azərbaycana 12 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.


Facemark "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Taro Savada San bildirib.


Onun sözlərinə görə, Azərbaycanın bir sıra rayonlarında zavodlar açılıb: "Yatırılmış investisiyalar aqrar sahəyə aiddir. 2024-cü ilə qədər Azərbaycana qoyulacaq investisiyanın həcminin 40 milyon ABŞ dollara çatdırılacaq".


O qeyd edib ki, Qarabağın bərpası üçün investisiyaların yatırılması planlaşdırılır.