Bank Standard öz Facebook səhifəsi üçün yeni Əlavə hazırlayıb. Əlavə bankın xidmətlərinə baxmaq, eləcə də, filialların və bankomatların onlayn kartlarından istənilən vaxtda və internetə girişi olan istənilən kompyuter vasitəsilə istifadə etmək imkanı verir. Əlavə Facebook əlavələri və oyunları üzrə ixtisaslaşmış rəqəmsal agentlik olan Prosper tərəfindən hazırlanıb. Əlavədə müxtəlif xidmətlər: pul köçürmələri, plasik kartlar, onlayn-treydinq, depozitlər, kommunal xidmətlər və kredit imkanları yer alıb. Gələcəkdə Əlavəyə plastik və fərdi kartların sifarişi, kredit verilməsi ilə bağlı elanlar və s. kimi xidmətlər də daxil ediləcək. Artıq hər kəs bankın xidmətləri barədə məlumatları onun Facebook səhifəsindən izləyə biləcək.