İş adamı İlon Mask bir ildən çoxdur ki, bütün evlərini satmağa çalışır və hazırda son evini satmaq üzrədir. Bəs dünyanın ən varlı adamı İlon Mask sahib olduğu bütün evləri niyə satır?


Facemark xarici xəbərə istinadən xəbər verir ki, 2020-ci ilin may ayında "SpaceX" və "Tesla" şirkətlərinin SEO-su İlon Mask "Twitter"də verdiyi maraqlı qərarı paylaşmışdı. Musk, demək olar ki, bütün evlərini satacağını və heç bir evə sahib olmayacağını bildirmişdi. İlon Maskın satmadığı son bir ev qalıb. Kaliforniyanın Hillsborough şəhərində yerləşən həmin ev Zillow daşınmaz əmlak saytında 31 milyon 990 min dollara siyahıya alınıb.


İlon Maskın təxminən 32 milyon dollara satdığı ev təqribən 190 min kvadratmetrlik ərazidə yerləşir. 1916-cı ildə tikilmiş evdə 7 yataq otağı, 10 vanna otağı, dəri örtüklü divarları olan kitabxana və şəxsi aşpazlar üçün təchiz olunmuş mətbəxdən ibarətdir.


Evlərin satışı ilə bağlı açıqlamasına görə, Mask bəşəriyyətin kosmik sivilizasiya və çox planetli bir növə çevrilməsinin vacib olduğunu və Marsda bir şəhərin qurulmasının çoxlu resurs tələb edəcəyini bildirib. “Mən Marsdakı şəhərə mümkün qədər çox töhfə vermək istəyirəm. Bu da çoxlu kapital deməkdir” deyə qeyd edən İlon Mask bununla da evlərini niyə satdığını açıqlamış olub.