Vodafone Agguttes hərrac evi ilə əməkdaşlıq edərək NFT şəklində 1992 - ci ilin dekabr ayında göndərilən ilk SMS-i tezliklə satışa çıxaracağını elan edib. Bu yaxınlarda Fransada keçirilən hərracda dünyanın ilk SMS-i öz alıcısını tapıb.


Facemark.az xarici xəbərə istinadən xəbər verir ki, satışdan əldə edilən gəlirin məcburi köçkünlərə dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinə bağışlanacağı açıqlanıb.


Dünən Fransada keçirilən hərracda tarixin “Merry Christmas” şəklində olan ilk SMS-i hərrac vasitəsilə öz alıcısını tapıb. NFT 107 min avroya, yəni 121 min dollara satılıb.