"YouTube" istifadəçiləri resursa yüklədikləri çarxları kompüterə yükləmək imkanı əldə ediblər. Yeni funksiya "Takeout" (Arxivator) adlanır.
Çarxları yükləmək üçün https://www.google.com/ xidmətinə keçərək "YouTube" nişanına, bundan sonra "Arxiv yaratmaq" düyməsinə sıxmaq lazımdır. Bu proses müəyyən vaxt ala bilər, ona görə xidmət prosedur bitdikdə sizə bu barədə elektron poçt vasitəsilə xəbərdarlıq edəcək.
Məlumat üçün qeyd edək ki, "Arxivator" xidməti 2011-ci ilin iyununda istifadəyə verilib. O, istifadəçilərə öz məlumatlarını bir arxivdə yükləməyə imkan yaradır. İnformasiyanı "Google Drive" "bulud" xidmətindən, "Picasa"dan və digərlərindən yükləmək olar.