Biz dəqiq bilməliyik ki, konkret göstəricilər necə hesablanır, çünki sosial medianın analizi kifayət qədər yeni sahədir. Məsələn, götürək Facebook səhifəsilə istifadəçi arasında olan qarşılıqlı əlaqəni nəzərə alan əsas göstəricilərdən biri – “Cəlb olunma dərəcəsi”.
Bu göstərici bizə nə bildirir? Əsas tərifinə görə: “Cəlb olunma dərəcəsi fan və sizin səhifənin məzmunları arasında olan qarşılıqlı əlaqəni göstərir”. Bu əslində nə deməkdir? Məsələn, əgər sizin cəlb olunma dərəcəniz 0,02% təşkil edirsə, o zaman yalnız 0,02% sizin fanlarınızın bu və ya digər şəkildə sizin məzmunla olan qarşılıqlı əlaqəsi deməkdir?
Əgər ən geniş yayılmış formulaya baxsaq, o tamamilə başqa əmsalı ölçür:
Birinci problem: o bütün qarşılıqlı əlaqələri nəzərə almır.
Sizə elə gəlmir ki, bu formulada nəsə çatışmır? Bəs video və fotolara baxışlar və ya bağlantılara baxışlar necə olsun? Məgər bu hərəkətlər cəlb olunmanın böyük hissəsi deyilmi? Məsələn, bu hərəkətlər dünya modası, elektron kommersiya və ya avtomobil istehsalı brendləri üçün ən mühim ola bilər və bütün qarşılıqlı əlaqələrin sayının 80%-ı əhatə edə bilər.
Lakin bu formulada yuxarıda qeyd olunan hərəkətlər heç cür öz əksini tapmır! Bundan sonra isə biz təəcüblənirik ki, niyə fanların cəlb olunma dərəcəsi 0,2%-ən çox deyil?
İkinci problem: formul yalnız fanların sayına əsaslanıb.
Brendlər fanların sayına deyil, onların əhatə dairəsinə mütləq yönəldilməlidir. Facebook-un böyük perspektivləri səhifənin fanlarının sayına deyil,məhz onun virtual marketinqin(fanların dostlarının istifadəsi) üzərinə düşür. Xüsusən əgər nəzərə alsaq ki, hətta 84%-ə qədər fanlar heç vaxt sizin məzmunlarınızı görməyəcəklər.
Gəlin iki səhifəni müqaisə edək:
Hansını daha effektiv hesab etmək olar? Əlbəttə çoxlarınız ikinci dediniz, çünki onun fanları iki dəfə çoxdur və fanların cəlb olunması da yüksəkdir. Biz isə bu qədər əmin deyilik, gəlin digər ölçünü istifadə edək.
Əgər siz cəlb olunma dərəcəsini fanların sayına görə müəyyən etmək istəyirsinizsə, siz özünüz ozünüzdən acı həqiqəti gizlədirsiniz: sizin üçün nə fərqi var ki, sizin məzmunuzu görən istifadəçi sizin fanınızdır yoxsa yox? Birinci baxışdan pis parametrli, lakin çox saylı “share” olan, həmçinin çoxlu dostu olan fanlı səhifə daha yaxşı işləyəçək nəinki hansının fanları və onların qarşılıqlı əlaqəsi çox olan səhifə, ancaq əhatə dairəsi yüksəlişə ümid verir. Belə nəticəyə gəlmək olar ki, verilən formulun məqsədi sizin məzmununuza yuzerlərin necə uğurla cəlb olunmasını guya göstərir, lakin bu məzmunu görməyən şəxsləri tamamilə nəzərə almır (əgər onlar bu məzmunu görmürlərsə onlar necə onu şərh, “like” və ya “axtarış” edə bilər?). Bundan başqa formul həqiqətən sizin məzmun ilə qarşılıqlı əlaqəni nəzərə almır.
Üçünçü problem: düstürda fan və fan olmayan şəxsləri bir yığın informasiya kimi göstərir.
Bu alma və armudu müqaisə etmək kimi görünür. Formul nədənsə qarşılıqlı əlaqələri və yalnız ümumi fanların sayını müqaisə edir. Bu yanaşma cəlb olunma səviyyəsinin artırılmasının xeyrinə qərəz yaradır. Dəqiq olmaq üçün düstur nəzərə almalıdır bütün “like”, şərhlər və “share” olanları və həmçinin fan olmayanlardan da.
Dördüncü problem: formul bir çox dərcləri olan səhifəyə üstünlük verir.
Öz cəlb olunma səviyyənizi yüksəltmək istəyirsiniz? Rəhbərin sizə hörmətini və əmək haqqını yüksəltmək istəyirsiniz? Tez-tez səhifəyə daxil olun,bu çox sadədir və ən əhəmiyyətlisi işə yarayır :
1. Siz daha çox fan qazanarsınız. Bu o deməkdir ki, sizin məzmununuzu daha çox insan görə və onunla qarşılıqlı əlaqəyə girə bilər.
2. Hər istifadəçinin (fərq etməz o fandı yoxsa yox) daha çox imkanı olacaq sizin məzmununuzu “like” və ya “axtarış” etsin (çünki hər postla bunu yalnız bir dəfə etmək olar!).
Beşinci problem: formul yuzerləri deyil, onların qarşılıqlı əlaqələrini ölçür.
Biz başa düşmək istəyirik ki, bizim fanlarımız səhifəmizin məzmunuyla necə qarşılıqlı əlaqəyə daxil olur, lakin biz bənzərsiz ziyarətçilərimizi ölçmürük, biz yalnız qarşılıqlı əlaqələri ölçürük. Bir tək fan 28 dəfə “like” qoya, 13 dəfə şərh yaza və 6 dəfə “Share” edə bilər. Bizim formulda isə görünür ki, bu 47 fərqli yuzerdi.
Biz aşağıdakı formulu hazırladıq:
Bizim formulu daha da dəqiq edən bir sıra üstünlüklər var:
• Bura bütün tip qarşılıqlı əlaqələr daxildir: ancaq “like”, şərh və “share” deyil, foto və videolara baxış, kliklər və s.
• Burda həm fan, həm fan olmayan səhifə fanları ilə ümumi say muqaisə olunur, həm də bu dərəcəyə çatmayan şəxslər.
• Bura yalnız sizin səhifə məzmununuzu görə bilən insanlar daxildir (və müvafiq olaraq qarşılıqlı əlaqədə olublar).
• Burda dərclərin tezliyi qeydə alınmır.
Ən əsası odur ki, bu formul suala cavab verir: “Mənim səhifəmin məzmunu cəlb edicidir yoxsa yox?”. Bu formul vasitəsi ilə sizin cəlb olunma dərəcəniz 30%, 40%, 50%-ə və daha artığına çatacaq və nəhayət sizin rəhbəriniz çox sevinəcək.