Agentliklər və digər marketinq kommunikasiyaları üzrə peşəkarlar 5 avqust 2022-ci il tarixinədək öz işlərini təhvil verə bilərlər.


Facemark.az rəsmi mənbəyə əsasən xəbər verir ki, ''Golden Drum'' 5 Avqust 2022-ci ilə qədər müsabiqə elan edir və 1 sentyabr 2021-ci il və 5 avqust 2022-ci il tarixləri arasında yayımlanan, nəşr olunan və ya ilk dəfə həyata keçirilən bütün əsərləri qəbul edir.


36 ölkədən agentliklər, reklamçılar, müştərilər, dizayn/istehsal evləri, media şirkətləri və digər kreativlər işlərini dörd müxtəlif bölmədə təqdim etməyə dəvət olunur.


"Little Black Book" ilə əməkdaşlıq


2022-ci ildə "Golden Drum" "Little Black Book" ilə tərəfdaşlığını genişləndirir. Festivalın hər bir qran pri qalibi "The Immortal Awards"a birbaşa və pulsuz daxil olacaq.

Beynəlxalq reytinqlərdə "Golden Drum"


"Golden Drum" festivalı yenidən dünyanın yeddi regional festivalından biri seçilərək bütün dünyada kreativ mükafat şoularını izləyən və yaradıcı mükəmməllik üçün etalon rolunu oynayan 2022 WARC Creative 100 reytinqinə daxil edilib.