“Google” şirkəti “Google Maps” proqramının yeni imkanlarını istifadəçilərə təqdim edib. Belə ki, yeni xidmətlər vasitəsilə Avstraliyanın şimal-şərq sahilləri boyunca uzanan Filippin, Havay adaları və Böyük sədd rifləri daxil olmaqla dünyanın 6 sualtı nöqtəsinə virtual səyahət etmək mümkün olacaq.
“Google Maps” xidmətinin bazasına Catlin Seaview Survey təşkilatı tərəfindən hazırlanmış ilk sualtı panoramalar əlavə olunub. Çəkiliş üçün xüsusi SVII sualtı kamerasından istifadə edilib.
Sualtı panorama vasitəsilə istifadəçilər Böyük sədd riflərindəki dəniz tısbağalarını görəcək və dəniz ilbizini izləyə biləcəklər. compulenta.ru saytının məlumatına görə, xəritədə Apo vulkanik adaları və Filippindəki dəniz qoruqlarından başqa bir neçə yüz il yaşı olduğu ehtimal olunan Böyük mərcan adaları da təsvir edilmişdir.
Havay adaları yaxınlığında, Sakit Okeanın ortasında həvəskarlara virtual qoşularaq maska və boru vasitəsilə Xanauma çimərliyinin ətrafında bir qədər üzmək, həmçinin Molokini Kraterindəki Mərcan rifinin üzərindən “keçmək” mümkündür. Şirkət vurğulayıb ki, Google Maps proqramında sualtı panoramanın meydana çıxması daha tam, dəqiq və uyğun dünya xəritəsinin hazırlanması istiqamətində növbəti mühüm addımdır.