"Nissan", "NASA" ilə birlikdə daha sürətli şarj, daha yüngül və təhlükəsiz elektrik avtomobil akkumulyatorları üzərində işlədiyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadənə xəbər verir ki, "Nissan", yaxın illərdə elektrik avtomobillərində istifadə ediləcəyini proqnozlaşdırdığı bərk cisimli akkumulyatorların hazırlanmasında "NASA" və Kaliforniya San Dieqo Universiteti ilə əməkdaşlıq etdiyini açıqlayıb.


"Nissan" verdiyi açıqlamada 2024-cü ildə inkişaf etdirilən bərk cisim batareyaları üçün pilot fabrik açmağı planlaşdırdığını və bu batareyaların 2028-ci ilə qədər hazırda istifadə edilən litium-ion batareyaları əvəz edəcəyini açıqlayıb. Qeyd edilib ki, yeni akkumulyatorlar hazırda istifadə olunan batareyaların yarısı qədər olacaq və tam doldurulması üçün saatlarla gözləmək əvəzinə, 15 dəqiqə kifayət edəcək.


"Toyota", "Volkswagen", "General Motors" və "Ford" şirkətlərinin də bu akkumulyatorlar üzərində işlədiyi məlumdur.