"Tesla" bir-birinin ardınca qırdığı rekordlara yeni rekord əlavə edib.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət bu gün son 3 ayda rekord qazanc əldə etdiyini açıqlayıb. Son 3 ayda çox aktiv bir dövr keçirən şirkət Berlin və Texasda maraqla gözlənilən iki fabrikini açıb və son 3 ayda cəmi 310 min 48 avtomobil təslim etdiyini bildirib.


2022-ci ilin birinci rübü üçün qazanc hesabatını paylaşan "Tesla", son 3 ayda cəmi 18,7 milyard dollar gəlir əldə edib. Şirkətin 18,7 milyard dollar gəlirinin 3,7 milyard dolları kassaya daxil olub. Beləliklə, "Tesla" əvvəlki ilin eyni dövrü ilə müqayisədə qazancını 81 faiz artıra bilib. 2021-ci ilin birinci rübündə ümumi gəlir 10,4 milyard dollar olub.