"Apple" şirkəti ABŞ-da iPhone smartfonlarının bəzi versiyalarının öz-özünə təmiri üçün "Self Service Repair" xidmətini istifadəyə verib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ölkədə iPhone 12, iPhone 13 və üçüncü nəsil iPhone SE smartfonlarının istifadəçiləri 200-dən çox orijinal ehtiyat hissələri və alətləri şirkətin saytından əldə edə biləcəklər. Ehtiyat hissələrinin qiyməti rəsmi "Apple" təmir mərkəzlərində olduğu kimidir. "Self Service Repair" adlanan xidmətə həmçinin ilin sonuna kimi müəyyən Mac-ları düzəltmək üçün təlimatlar və alətlər olan hissələr daxil olacaq.



"Apple", proqramı Avropadan başlayaraq digər ölkələrə də genişləndirməyi planlaşdırır. Bu arada ABŞ müştəriləri də təmir üçün lazım olan alətləri ala bilməyəcəkləri halda icarəyə götürə biləcəklər. Bu xidmətin qiyməti evə pulsuz çatdırılma daxil olmaqla həftəlik 49 dollar təşkil edəcək.