İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 may tarixində hərrac keçiriləcək. Hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili çıxarılıb.
Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı Gəncə, Lənkəran, Şəmkir, Balakən və digər rayonlarda yerləşir. Həmin obyektlər xidmət, sənaye sahələrinə aiddir. Tikililərin ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9298 kvadratmetr arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Balakən şəhərində yerləşən “Qubek Otel”dir. Adı çəkilən obyekt 9 milyon 100 min manata təklif olunur.