Kriptovalyuta bazarı çökdü: Bitkoin 16 ayın ən minimum həddinə endi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bitkoin kəskin ucuzlaşmaqda davam edir və qiymət 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyə enib. Altkoinlər, xüsusilə bitkoin və "Etheruem", son həftələrdə aşağı enməsini daha da sürətləndirib. Kriptovalyuta bazarı yüksək inflyasiya fonunda tarixi bir çöküş yaşayır. Bitkoin 26700 dollara qədər ucuzlaşaraq 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyəsinə çatıb. "Ethereum" isə gündəlik 10%-dən çox ucuzlaşaraq 1800 dollara qədər enib.
Bazarda UST Təsiri
Terra ekosisteminin stabilkoini UST-nin dəyərinin düşməsi və LUNA tokeninin 90 faizdən çox düşməsi bazarın çökməsinə səbəb olub. Altkoinlərdə itkilər daha böyük olub. AVAX, SOL və SAND-da 30 faizdən çox azalma qeydə alınıb.
Kriptovalyuta bazarındakı eniş qlobal bazarlardakı vəziyyətə uyğundur.