Kembric Alternativ Maliyyə Mərkəzi (CCAF)2022-ci ilin yanvar məlumatlarını dəyərləndirərək kriptovalyuta mədənçiliyində ən böyük paya malik olan ölkələri açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kriptovalyuta mədənçiliyi ilə ətraf mühitin çirklənməsi arasındakı əlaqə müzakirə olunmağa davam etsə də, bütün dünyada mədən əməliyyatları dayanmadan davam edir. Uzun müddətdir bu sahədə dünya lideri olan Çində qadağalardan sonra mədənçiliyə uzunmüddətli zərbə dəyəcəyi gözlənilsə də, görünən odur ki, belə bir zərbə baş vermədi. Bəs, dünyada hansı ölkələr kriptovalyuta mədənçiliyi edir? Bu sualın cavabı Kembric Alternativ Maliyyə Mərkəzinin (CCAF) yeni araşdırması ilə verilib. Araşdırma kriptovalyuta mədənçiliyində ən böyük paya sahib ölkələri göstərsə də, maraqlı bir məlumatı da ortaya qoydu. 2022-ci ilin yanvar ayı üçün açıqlanan məlumatlara görə, kriptovalyuta istehsalının qadağan olunduğu Çin hələ də bu baxımdan dünyada ikinci yerdədir. Bu vəziyyət qeyri-qanuni olaraq mədən əməliyyatları ilə əlaqəli olsa da, dünya reytinqi aşağıdakı kimi formalaşıb:
1. ABŞ: 37,84%
2. Çin: 21,11%
3. Qazaxıstan: 13,22%
4. Kanada: 6,48%
5. Rusiya: 4,66%
6. Almaniya: 3,06%
7. Malayziya: 2,51%
8. İrlandiya: 1,97%
Çin 2021-ci ilin yanvar ayına qədər kriptovalyuta mədənçiliyində dünyanın bir nömrəli ölkəsi olaraq qalmağa davam edirdi. 2019-cu ilin sentyabrında kriptovalyuta istehsalının 75,5%-i Çin vasitəsilə həyata keçirilib. Çindəki qadağalardan sonra ABŞ-da kriptovalyuta mədənçiliyinin payı 20%-dən 35,1%-ə yüksəlib.