“Texnofest” Aerokosmik və Texnologiya Festivalı yekunlaşdı. Festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib.


Facemark.az xəbər verir ki, “Baykar” şirkətinin texniki direktoru və “Texnofest” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının bağlanış mərasimində deyib:


“Ümidvaram ki, növbəti illərdə”Texnofest”i Şuşada keçirəcəyik. İnanıram ki, bu festival həyatımıza müsbət məna qatacaq. Dünən Azərbaycanın müstəqillik gününü, bu gün isə İstanbulun fəthinin 569-cu ilini qeyd edirik. Bu möhtəşəm festivalı təşkilində rolu olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.