Dünyanın ən böyük fast food restoranlar şəbəkəsi olan McDonald`s üyüldülmüş qəhvə və qəhvə dənlərinin satış markası kimi ABŞ-ın patent və əmtəə nişanı ofisində qeydiyyatdan keçdi.


Wall Street Journal qəzetinin verdiyi məlumata görə, ehtimal olunur ki, şirkət qəhvə mağaza zənciri Dunkin 'Donuts-un öz brendi altında paket şəklində qəhvəni istehsal edəndən sonra onlardan geri qalmamağa çalışır.


McDonald`s-un nümayəndəsi Danya Praud bildirib ki, hələ qəhvə brend şəbəkəsi haqqında məlumatı təsdiq və ya inkar edə bilməz. O qeyd edib ki, şirkət daim alıcıların marağını cəlb etmək üçün yeni yollar axtarır və bir çox əmtəə nişanlarını qeydiyyatdan keçirir.


McDonald`s-un ABŞ-da qəhvə satışına ümümi satış dəyərinin 6 faizi düşür (müqayisə üçün, 2004-cü ildə bu rəqəm yalnız 2 faiz olmuşdur). Bu şəbəkə McCafe markasını beş il əvvəl qeydiyyatdan keçirib.


ABŞ dünyanın ən böyük qəhvə idxalçısıdır və National Coffee Association məlumatına görə, bu içkini mütəmadi olaraq 18 və yuxarı yaşlı amerikalılarının 58 faizi istehlak edir. Ölkədə qəhvə paketlərinin bazarı təxminən 5,6 milyard dollar kimi qiymətləndirilir.