Forumun birinci paneli “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusuna həsr olunub. UNEC-in rektoru, Forumun sədri professor Ədalət Muradov iştirakçıları salamlayaraq, tədbiri açıq elan edib. İlk gündə Nobel mükafatı laureatı Aziz Sancarın alimlərlə görüşü keçirilib. Aziz Sancarın bütün elm adamları üçün nümunə ola biləcək həyat və yaradıcılıq, elmi fəaliyyət və ictimai inkişaf yolu vardır. O, ilk türk kimi elm üzrə Nobel mükafatını almaqla Azərbaycan da daxil olmaqla, bütövlükdə türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin edib.


İkinci xüsusi görüş Polşanın maliyyə naziri postunda çalışmış, bu ölkənin iqtisadiyyatının memarlarından sayılan iqtisadçı professor Qrzeqorz V.Kolodko ilə olub. Professor Kolodko sual-cavab sessiyasında alim və tədqiqatçıları maraqlandıran sualları cavablandırıb.


I Paneli izləyə bilərsiniz: