2015-ci ildən etibarən təşkil edilən və ölkəmizin insan resursları sahəsində ilk forumu olan Milli İnsan Resursları Forumu bu il 5-ci dəfə olmaqla 16 aprel 2022-ci il tarixində Baku Marriott Hotel Boulevard-da keçirilib. 300 nəfərdən çox şəxsin iştirakının planlaşdırıldığı bu tədbirdə İnsan resursları sahəsinin mütəxəssisləri, şirkət rəhbərləri və sahibkarlar, dövlət və özəl sektorun nümayəndələri iştirak edib.


“Deloitte” Azərbaycanın akademiya rəhbəri Nərgiz İbrahimova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnsan resursları departamentinin direktoru Müşfiq Əmircanov, “AVT Logistics” MMC-nin İnsan Resursları departamentinin direktoru Pərviz Qasımov və “NES Fircroft” şirkətinin ölkə üzrə direktoru Fəzilə Əsgərova I Panel sonu iştirakçıları maraqlandıran sualları cavablandırıblar.


Forumun sual - cavab hissəsini izləyə bilərsiniz: