İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara kreditləşmə üçün yeni limitlər ayırıb.
Facemark.az "Report"a istinadən xəbər verir.
Məlumata görə, limitlər iyulun 25-də, saat 11:00-da aktivləşdiriləcək.
Xatırladaq ki, bu il İKZF-nin vəsaiti hesabına təxminən 3 min Azərbaycan vətəndaşına 230,7 milyon manat adi və güzəştli kredit verilib. Son nəticədə dövlət xətti ilə kredit almış vətəndaşların satı 39,7 mini, kreditlərin ümumi məbləği isə 2 227 milyon manatı keçib.