Azərbaycanın bank sektoru bu ilin yanvar-iyun aylarında 400,8 milyon manat xalis mənfəət əldə edib.


Facemark.az "APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.


Belə ki, 2021-ci ilin ilk yarısında bank sektoru 366.3 milyon manat xalis mənfəət əldə etmişdi.