Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti təxminən 1 % artaraq min kubmetr üçün 2 180 ABŞ dollarından yuxarı qalmaqdadır.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bu gün qeydə alınan ən aşağı qiymət 2 181,2 ABŞ dolları, ən yüksək qiymət 2 197 ABŞ dollarıdır.


Hazırda Avropa Rusiyadan tədarüklə bağlı gərginlik səbəbindən təzyiq hiss etməkdə davam edir.