Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Facemark.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 48,4 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (8 sentyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 10,5% artıb.