Çin texnologiya nəhəngi "Alibaba" bulud servisə 1 milyard dollar sərmayə qoyub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətdən bildiriblər ki, 1 milyard dollarlıq investisiya “gələn üç maliyyə ili ərzində "Alibaba Cloud" ilə tərəfdaşların texnoloji yenilikləri və bazarın genişləndirilməsini dəstəkləmək” məqsədi daşıyır.


"Alibaba Cloud", həmçinin "Salesforce", "VMware", "Fortinet", "IBM" və "Neo4j" məlumat platforması da daxil olmaqla, dünya üzrə 11.000-ə yaxın tərəfdaşa malikdir. Şirkət dünyada üçüncü ən böyük ictimai bulud provayderidir.