"Boğaziçi Ventures", portfelinə yeni əlavə edilən "Perculus" ilə 2022-ci ilin ilk yarısını cəmi 18 yeni investisiya ilə tamamladığını açıqlayıb.
Facermark.az xarici mənbəyə istinadən xəbər verir ki, distant təhsil həlləri təklif edən startapda edilən investisiya məbləğinin 400 min dollar olduğu açıqlanıb. Texnologiya startaplarına sərmayə qoyan "Boğaziçi Ventures" son sərmayəsini distant təhsil startapı "Perculus"a edib.
"Perculus"un qurucularından biri və baş meneceri Cem Atacık, "Canlı təhsilin bütün dünyada daha əyləncəli və təhsilli olması üçün indi çox daha sürətli addımlar atacağıq. "Perculus" olaraq əldə etdiyimiz uğurları Türkiyədə yaymağa hazırıq" - deyə qeyd edib.