"Meta" ilin üçüncü maliyyə rübü ilə bağlı verdiyi açıqlamalarda yeni virtual reallıq eynəkləri üzərində çalışdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Quest 2" modeli ilə virtual eynək bazarında əhəmiyyətli uğurlar qazanan "Meta", ilin üçüncü maliyyə rübü ilə bağlı verdiyi açıqlamalarda yeni virtual reallıq eynəkləri üzərində çalışdığını açıqlayıb. Xatırlatmaq üçün, "Meta" həmçinin təxminən bir həftə əvvəl "Quest Pro" adlı yeni virtual reallıq qulaqlıqlarını təqdim edib.
"Quest 2"dən fərqli olaraq "Quest Pro" modeli iş dünyası üçün istifadəyə verilib. Yüksək qiymət etiketi ilə gələn "Quest Pro" daha çox iş dünyasındakı peşəkarlar üçün nəzərdə tutulub. "Quest Pro" modelinin qiyməti 1499 dollardır. Müqayisə üçün qeyd edək ki, "Quest 2" modeli 399 dollar qiymət etiketi ilə ortaya çıxıb.


Meta tərəfindən edilən açıqlamalara görə hazırlanmağa başlanan virtual reallıq eynəkləri 2023-cü ildə satışa çıxarılacaq.