"Apple"ın açıqladığı məlumata görə, şirkət 4-cü rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 8 artımla gəlir əldə edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple" "iPhone 14", "iPhone 14 Plus", "iPhone 14 Pro" və "iPhone 14 Pro Max" modellərini təqdim edib. Bu gün dördüncü maliyyə rübü ilə bağlı təfərrüatları paylaşan "Apple", "Wall Street" analitiklərinin gözləntilərini aşıb.
"Apple"ın dördüncü maliyyə rübündə 88,90 milyard dollar gəlir əldə edəcəyi gözlənilirdi. "Apple"ın açıqladığı məlumata görə, şirkət 4-cü rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 8 artımla 90,15 milyard dollar gəlir əldə edib.
Ümumi gəlir gözləntiləri aşsa da, "iPhone" gəlirləri gözləntilərin altında olub. Analitiklər şirkətin "iPhone" satışından 43,21 milyard dollar gəlir əldə edəcəyini gözləyirdilər. Paylaşılan məlumata görə, "Apple" "iPhone" satışından 42,63 milyard dollar qazanıb.