"Climate Finance Accelerator Turkey" proqramı iqlim böhranı ilə mübarizə aparan layihələrin inkişafını və onların maliyyəyə çıxışını asanlaşdırmağa yönəlmiş bir proqram olaraq ortaya çıxıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Climate Finance Accelerator Turkey" texniki və maliyyə hazırlığı, məlumat mübadiləsi və maliyyəyə çıxış üçün 4 milyon ABŞ dolları və ya daha çox maliyyə vəsaiti axtaran layihə sahiblərinə dəstək və pulsuz təlim imkanları təqdim edir. Proqramın əsas məqsədi davamlı layihələrin sayını artırmaqdır.
"Climate Finance Accelerator Turkey" tərəfindən bizimlə paylaşılan məlumata görə, proqrama 94 startap müraciət edib. 94 startap arasından 8 startap "Climate Finance Accelerator" proqramına seçilmək hüququ qazanıb. Proqramda iştirak etmək hüququ qazanan startaplar İstanbul və Londonda keçiriləcək investor tədbirlərində iştirak edəcəklər.