"QNB Finansbank"ın 2022-ci ilin ilk 9 ayında mənfəəti 11 milyard 471 milyon TL olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki,"Q.P.S.C."nin Türkiyədəki törəmə şirkəti "QNB Finansbank" 2022-ci ilin ilk 9 ayı üçün balans hesabatını açıqlayıb.
30 sentyabr 2022-ci il tarixinə "QNB Finansbank"ın cəmi aktivləri 2021-ci ilin sonuna nisbətən 49 faiz artaraq 555 milyard 144 milyon "tl"yə çatıb. Eyni dövrdə bankın xalis kreditləri yüzdə 52 artaraq 304 milyard 862 milyon TL, müştəri depozitləri isə yüzdə 59 artaraq 340 milyard 754 milyon TL olub. "QNB Finansbank"ın ilin ilk 9 ayında xalis mənfəəti 11 milyard 471 milyon TL olub.
İlin ilk doqquz ayının rəqəmlərini qiymətləndirən "QNB Finansbank"ın baş direktoru Ömür Tan, 2022-ci ilin son rübündə real sektoru dəstəkləyən bir sıra layihələr həyata keçirəcəklərini və həlledici addımlar atmağa davam edəcəklərini bildirib.