Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Yaponiya Bankı", 2022-2024 maliyyə illəri üçün inflyasiya gözləntilərini yuxarıya doğru nəzərdən keçirib.
"BoJ"nin dünən başlayan və bu gün sona çatan pul siyasəti iclasında alınan qərarlar açıqlanıb. Müvafiq olaraq, bank siyasət faizini mənfi 0,1 faiz səviyyəsində saxlayıb.
"BoJ", qeyri-məhdud miqdarda dövlət istiqrazları və 12 trilyon yen illik mübadilə fondları və 180 milyard yen illik Yapon daşınmaz əmlak investisiya fondları almağa davam edəcəyini bildirib.