"Braziliya Mərkəzi Bankı" gözlənildiyi kimi "benchmark" faiz dərəcəsini dəyişməyib və faiz dərəcəsi 13,75 faiz səviyyəsində qalıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Braziliya Mərkəzi Bankı"nın verdiyi açıqlamaya görə, göstərici olan "Selic" faiz dərəcəsi yüzdə 13,75 səviyyəsində qalıb. Bazar gözləntisi faiz dərəcələrində dəyişiklik olmayacağı idi.
"BCB" əvvəlki iclasında ardıcıl 12 iclasda 1175 baza bəndi olan faiz artımını dayandırıb.
İdarə Heyəti, "Selic" faiz dərəcəsi "hedcinq" strategiyasının kifayət qədər uzun müddət ərzində inflyasiya yaxınlaşmasını saxlamaq üçün kifayət edib-etmədiyini qiymətləndirəcəyini bildirib.