Kripto pul birjalarından biri olan "Bitci"nin dam şirkəti olan "Bitci Holding", metaverse sahəsində çalışan 3 layihəyə sərmayə qoyduğunu açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət "VRMars", "Metagalactica" və "YacthingVerse" təşəbbüslərinə sərmayə qoyub.


"Bitci Holding"in 3 şirkətə etdiyi investisiyanın ümumi həcmi 30 milyon TL olub. İnvestisiya qoyulan layihələr arasında olan "VRMARS" layihəsi real həyat simulyasiyası ilə Marsda koloniya qurarkən istifadəçilərə aktiv gəlir əldə etməyə imkan verən "Web3" əyləncə platforması kimi fəaliyyət göstərir.