2022-ci ilin sentyabr ayında fiziki şəxslərin banklardakı əmanətləri 367,3 milyon manat artaraq 11 milyard 225,7 milyon manata çatıb.
Facemark.az Mərkəzi Banka istinadən xəbər verir ki, milli valyutada olan əmanətlər 275,6 milyon manat, xarici valyutada olan əmanətlər 91,8 milyon manat artaraq 4 milyard 402 milyon manata çatıb.
Cəmi 11 milyard 225,7 milyon manatlıq əmanətlərin 60,8%-ni milli valyutadakı əmanətlər, 39,2%-ni xarici valyutadakı əmanətlər təşkil edib. Sentyabr ayında rezidentlərin əmanətləri 289,4 milyn manat, qeyri-rezidentlərin əmanətləri isə 77,9 milyon manat artıb.
Fiziki şəxslərin cəmi əmanətlərinin 5 milyard 247,6 milyon mantını cari hesablar (müddətsiz əmanətlər), 5 milyard 978,1 milyon manatını müddətli əmanətlər təşkil edib. Sentyabrda cari əmanətlər 285,2 milyon manat artıb.