Yeni nəsil işçi təcrübəsi platforması olaraq ortaya çıxan "Sorwe", yeni bir sərmayə aldığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2021-ci ilin mart ayında "Sorwe", 3,2 milyon dollar investisiya alıb. Müəssisə 800 min dollarlıq körpü sərmayə alıb. "Sorw"nin hazırkı sərmayəçiləri arasında olan "Startup Wise Guys", "TechOne" və Selahattin Zoralioğlu 800 min dollarlıq investisiya turuna əlavə investisiya olaraq qatıldı. "Sorwe"nin yeni investorları arasında APY və Praqada yerləşən "Zaka VC" var. 800 min dollarlıq sərmayə şirkətin komandasının genişlənməsi və yeni bazarlarda böyüməsi və məhsul inkişaf proseslərinə sərf olunacaq.