Çinin, "Honq-Konq Xüsusi İnzibati Bölgəsi", "FED"in göstərici faiz dərəcəsini 75 bənd artırmasından sonra dollara bağlı məzənnə rejimi səbəbiylə eyni məzənnə ilə artıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bölgənin faktiki mərkəzi bankı olan "Honq Konq Pul Qurumu"nun verdiyi açıqlamada, göstərici faiz dərəcəsinin 75 bənd artırılaraq yüzdə 4,25-ə yüksəldiyi bildirilib. "FED" qərarı ilə qısamüddətli siyasət faizini 75 baz bəndi artıraraq 3,75-4,00 aralığına qaldırıb. Bu artım "FED"in bu il qəbul etdiyi altıncı faiz artımı qərarıdır. "Fed" mart ayında faiz dərəcələrini 25 baza bəndi, may ayında 50 baza bəndi, iyun, iyul və sentyabr aylarında isə hər biri 75 baza bəndi artırmışdı. "HKMA", "Fed"in qərarını bütün artımlarda təqib edib və benchmark faiz dərəcəsini eyni dərəcədə artırıb. Honq-Konqda faiz dərəcəsi 2008-ci ildə qlobal maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatıb. Sonuncu dəfə 2008-ci ilin martında regionda benchmark faiz dərəcəsi 3,75 olub.