"FED", ardıcıl dördüncü dəfə siyasət faizini yüksəldib ki, bu da son 14 ilin ən yüksək səviyyəsidir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "FED"in verdiyi açıqlamada faiz artırma qərarının yekdilliklə qəbul edildiyi bildirilib. "Federal Açıq Bazar Komitəsi"nin uzun müddətdə maksimum məşğulluq və 2 faiz inflyasiyaya nail olmağı hədəflədiyi vurğulanaraq, bu hədəfləri dəstəkləmək üçün federal fond faizinin yüzdə 3,75-4,00 aralığına qaldırılmasına qərar verildiyi bildirilib. Beləliklə, "FED" siyasət faizini 2008-ci ilin yanvarından bəri ən yüksək həddə qaldırıb. Bazar gözləntiləri "FED"in ardıcıl dördüncü iclasında siyasət faizini 75 baza bəndi artırması ilə bağlı idi. "FED"in açıqlamasında, son göstəricilərin xərclərdə və istehsalda mülayim artıma işarə etdiyi, məşğulluq qazanımlarının son aylarda güclü qaldığı və işsizlik nisbətinin aşağı səviyyədə qaldığı ifadə edilib. İnflyasiyanın yüksək olaraq qalması, epidemiya ilə bağlı tələb və təklif balanssızlığını, yüksək ərzaq və enerji qiymətlərini və daha geniş qiymət təzyiqlərini əks etdirən bəyanatda, Rusiyanın Ukraynaya qarşı müharibəsinin böyük insani və iqtisadi çətinliklərə səbəb olduğu vurğulanıb.