"ECB" üzvləri faiz artımının nə qədər və necə davam etməsi ilə bağlı fikir ayrılığına düşüblər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avropa Mərkəzi Bankı"nın idarə heyətinin üzvləri Joachim Nagel və Martins Kazaks faiz artımının davam etməsini istəsələr də, Centeno və Panetta daha ehtiyatlı addımın tərəfdarı olduqlarını nümayiş etdiriblər. "Latviya Mərkəzi Bankı"nın sədri Martins Kazaks, "ECB"nin faiz dərəcələrini çox daha yüksək qaldırması lazım olduğunu ifadə edərək, tənəzzül baş versə belə, faiz artımlarının dayandırılmaması lazım olduğunu müdafiə edib. "Aydındır ki, inflyasiyanın ortamüddətli perspektivdə 2 faizlik hədəfə qaytarılması üçün faiz dərəcələrinin xeyli yüksəlməsinə ehtiyac olacaq", Kazaks bildirib. "Almaniya Mərkəzi Bankı"nın rəhbəri Yoahim Nagel də bildirib ki, "ECB" orta müddətli dövrdə inflyasiyanın aşağı salınması üçün faiz dərəcələrini daha da artırmaqdan çəkinməməlidir. "Avrozonada faiz artımının nə vaxt bitəcəyi ilə bağlı spekulyasiya etmək fikrində deyiləm, biz ABŞ-dan fərqli vəziyyətdəyik" Nagel deyib. "ECB" idarə heyətinin üzvü Fabio Panetta vurğuladı ki, bank faiz dərəcələrini çox tez artırmaqdan çəkinməlidir. Panetta, həddindən artıq sürətli faiz artımının iqtisadi artıma, mənzil qiymətlərinə və maliyyə bazarlarına zərər verəcəyini müdafiə edib. Panetta vurğulayıb ki, "ECB" uzunmüddətli tənəzzül riskinin dərinləşməməsi üçün diqqətli olmalıdır. "Portuqaliya Mərkəzi Bankı"nın sədri Mario Centeno da avro bölgəsində inflyasiyaya nəzarət etmək üçün lazım olan faiz artımlarının çoxunun edildiyini müdafiə edib. Panetta Avro Zonasında inflyasiyanın cari rübdə pik həddinə çatacağını gözlədiyini bildirib.