Avtonom nəqliyyat vasitələri əsasən qismən və ya heç bir müdaxilə olmadan səyahət etmək imkanı verir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bunu kamera, radar və sensor kimi avadanlığı proqram təminatı ilə sinxronlaşdıraraq edir. Avtomobillərin təməli Nyu Yorkda, Frensis Hudina adlı elektrik mühəndisinin radio ilə idarə olunan avtomobili idarə etməsi ilə qoyulub. Həmin vaxt təqvimlər 1925-ci ili göstərirdi. 14 il sonra Houdina, "Nyu-York Ümumdünya Sərgisin"də “Futurama” adlı sərgi keçirərək ilk dəfə avtonom avtomobil dizaynı ideyasını ictimaiyyətə təqdim edib. Bu gün avtonom texnologiya bir çox tətbiqlər, xüsusən də sərhəd təhlükəsizliyi, kəşfiyyat və müşahidə, rabitə, axtarış-xilasetmə və kənd təsərrüfatı üçün inteqrasiya olunmuş həllər hazırlayır. Bu texnologiya avtonom avtomobillərdə ön plana çıxıb. Avtonom nəqliyyat vasitələri əsasən qismən və ya heç bir müdaxilə olmadan səyahət etmək imkanı verir. O, "lidar", "sonar", "GPS", "odometr" və "ətalət" kimi ölçü vahidlərindən istifadə edir. Əsas məqsəd sərnişinlərin təhlükəsizliyini artırmaq, təhlükəsiz sürət və manevr qabiliyyətinə malik sürücülərin törətdiyi qəzaları azaltmaq və yanacağa qənaət etməkdir.