"ABŞ"ın keçmiş maliyyə naziri Lawrence Summers, "FED"in inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini 6 faizdən yuxarı qaldırma riski ilə üzləşdiyinə diqqət çəkib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "ABŞ"ın aparıcı iqtisadçılarından biri, keçmiş maliyyə naziri Lourens Summersin fikrincə, "FED"in faiz dərəcələrini daha da yüksəltməsi riski var. Summers, "Bu, gözlədiyim deyildi, lakin "FED"in faizləri 6 və ya daha çox faizə qaldırsa, təəccüblənmərəm" deyib. "ABŞ Federal Ehtiyat Sistemi" gözləntilərə uyğun olaraq dördüncü dəfə siyasət dərəcəsiini 75 baza bəndi artırarkən, "FED" sədri Jerome Powell inflyasiyanın azaldılması üçün lazım gəldikdə faiz dərəcələrini artırmağa hazır olduqlarını, lakin bunu daha kiçik faizlərlə edə biləcəklərini söyləyib. "Fed"in yüzdə 3-3,25-dən yüzdə 3,75-4,00-ə qədər siyasət dərəcəsi aralığını artırmasının ardından mətbuat konfransında danışan Pauell, "Son iclasımızdan bəri əldə edilən məlumatlar, yekun faiz dərəcələrinin əvvəllər gözləniləndən daha yüksək ola biləcəyini göstərdi" deyib.