"Bloomberg Dollar İndex"i, 1,5 faiz azalaraq 2020-ci ilin martından bəri ən böyük enişdir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "ABŞ"da təsərrüfatdan kənar məşğulluq keçən ay 261,000 nəfər artaraq, təxminlərin üstündədir. İşsizlik səviyyəsi 3,7 faizə yüksəlib. Məlumatdan sonra avro dollar qarşısında 1,9 faiz, sterlinqdə isə 1,6 faiz bahalaşıb. Məlumatlardan sonra açıqlama verən "Boston Fed" sədri Susan Collins, pul siyasətində yeni bir mərhələyə girildiyini və bu vəziyyətin daha kiçik məbləğlərlə faiz artımını tələb edə biləcəyini bildirib. "Richmond Fed"in prezidenti Tomas Barkin də "CNBC"yə deyib ki, "Güclü məşğulluq və davamlı inflyasiya səbəbindən "ABŞ Federal Ehtiyat Sistemi" faiz dərəcələrini 5 faizdən yuxarı qaldırmalı ola bilər". "Bank of America" tərəfindən açıqlanan məlumatlara görə, investorların "FED"in şahin mövqeyinə görə təhlükəsiz hesab etdiyi nağd pula qayıtma tendensiyası pandemiyanın başlanğıcından bəri ən sürətli səviyyəsinə çatıb.