"Santander", 2023-cü ildən kriptovalyuta birjalarına ödənişləri bloklayacağını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Santander" ödənişlərlə bağlı bir sıra qaydalar müəyyən edir. Böyük Britaniya müştəriləri kriptovalyuta birjalarına pul köçürmələrini maksimum 1000 funt sterlinqlə məhdudlaşdırır, aylıq köçürmə limiti isə 3000 avrodur. Bildirib ki, daha böyük məbləğdə pul köçürmək istəsələr, əməliyyatı hissə-hissə həyata keçirə bilərlər. Yeni qaydaların müştərilərin pul çəkməsinə təsir etməyəcəyini bildirən "Santander": sözçüsü bu açıqlamanı verib: “Son aylarda kriptovalyuta fırıldaqlarının qurbanı olan Böyük Britaniya müştərilərinin sayında böyük artım müşahidə etdik. Biz müştərilərimizi qorumaq üçün əlimizdən gələni etmək istəyirik və hesab edirik ki, kriptovalyuta birjalarına ödənişləri məhdudlaşdırmaq pulunuzun təhlükəsiz qalmasını təmin etmək üçün ən yaxşı yoldur”.