"PhotoRoom"un aylıq 300.000 aktiv istifadəçisi var idi və yalnız "iOS" əməliyyat sistemi olan cihazlarda əlçatan idi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət indi "iOS" və "Android" cihazlarında ümumilikdə 40 milyon yükləməyə çatıb. Fotoların fonunu avtomatik təmizləyən Fransada yerləşən "PhotoRoom" haqqında artıq sizə məlumat vermişdik. "PhotoRoom", A Seriyasının maliyyələşdirmə mərhələsində 19 milyon dollar toplayıb. "Balderton Capital"ın rəhbərlik etdiyi investisiya raundunda "Facebook", "Hugging Face" və "Disney+" şirkətlərinin investorları iştirak ediblər.