Keçən il birjaya çıxan proqram təminatı şirkətinin idarə heyətinin sədri Gökhan Beltekin 2023-cü ildə şirkətin gəlirlərinin 20 faizini "Ar-Ge" layihələrinə ayıracağını bildirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2021-ci ildə birjaya çıxan şirkət, kütləvi təklifdən əldə edilən gəliri yeni texnologiya sahələrinə investisiya və "Ar-Ge" üçün ayırmağı planlaşdırır.


MİA Texnologiya İdarə Heyətinin sədri Gökhan Beltekin “İctimaiyyətə təklifdən əldə edilən gəliri "AR-GE" sərmayələrimizə, markalaşmamıza və mövcud sahələrimizi genişləndirməyə ayırdıq. Biz tərəqqiyə yönəlmişik. Yeni investisiya sahəmiz "Tripy" elektrikli velosiped paylaşma platformasıdır. Biz bir il yarımdan çoxdur ki, bu platformaya sərmayə qoyuruq. Bu, elektrik nəqliyyat texnologiyalarının istifadə oluna biləcəyi platformadır. Paylaşım platformaları bu texnologiyaların getdiyi yerdir. Bizim əsas məqsədimiz qlobal bazarda oyunçu olmaqdır." - deyə qeyd edib.