"Alternativ SuperApp"ın kampaniyasında 1400-ə yaxın investor iştirak edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Qinvest Portfolio Management"in rəhbərliyi altında yaradılmış "Magellan Advanced Technology Venture Capital İnvestisiya Fondu" ixtisaslı investorlara "Alternativ SuperApp"a investisiya etmək imkanı təklif edib.


"Alternativ SuperApp" qarşıdakı 5 il ərzində 12 ölkədə xidmət göstərməyi hədəfləyir. "Webrazzi Fintech 2021" mərhələsində istifadəyə verilən "Alternativ SuperApp" 2022-ci ilin noyabr ayına kimi 82 müəssisə, 1100 filial və ümumilikdə 170.000-dən çox istifadəçiyə çatıb.