"Notifi" blokchain platformalarında mərkəzləşdirilməmiş tətbiqlər üçün "SDK" kimi tanınan infrastruktur və proqram təminatı inkişaf dəstləri təqdim edir.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, rabitə infrastrukturu təklif edən mesajlaşma platforması "Notifi", mövcud investorları "Hashed" və "Race Capital" liderliyində 10 milyon dollarlıq investisiya alıb. İnvestisiya raundunun iştirakçıları "Temasek" tərəfindən qurulan "Struck Capital", "HRT Capital", "Wintermute" və "Superscrypt" idi.


Bu yeni investisiya raundu ilə müəssisənin ümumi investisiya məbləği 12,5 milyon dollara çatıb. "Notifi", hələlik Web3 icmalarının "Twitter", "Telegram" və "Discord" kimi "Web2.0" proqramları vasitəsilə idarə edildiyinə işarə edərək, bunu dəyişmək istəyir.