"ABŞ"da,"İstehlak Qiymətləri" indeksi oktyabr ayında aylıq 0,4 faiz, illik isə 7,7 faiz artaraq gözləniləndən çox yavaşlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, oktyabr ayı üçün Amerikalı istehlakçıların yaşayış dəyəri oktyabr ayında bir əvvəlki aya görə yüzdə 0,4 artıb. Bazar gözləntiləri bu dövrdə "CPI"nin aylıq 0,6 faiz artması idi. Oktyabr ayında ölkədə "TÜFE" illik bazda yüzdə 7,7 artıb. Oktyabr ayında gözləniləndən çox yavaşlayan və 9 ayın ən aşağı səviyyəsinə enən illik inflyasiya sentyabrda 8,2 faiz təşkil edib. Sözügedən dövrdə istehlak qiymətlərindəki artımda mənzil, benzin və ərzaq qiymətlərindəki artımlar ön plana çıxıb. Oktyabrda mənzil indeksi aylıq 0,8 faiz, illik isə 6,9 faiz artıb. Ərzaq indeksi də eyni dövrdə aylıq 0,6 faiz, illik isə 10,9 faiz artıb. Enerji indeksi isə oktyabr ayında aylıq 1,8, illik isə 17,6 faiz artıb.