Çində sərt "Covid-19" tədbirləri iqtisadi artıma böyük ziyan vursa da, investorların Çin aktivlərindən çıxışı sürətlənir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, oktyabrda Çin səhmlərində 7,6 milyard dollar, istiqrazlarda isə 1,2 milyard dollarlıq xaricə çıxış olub. Sentyabrda bu çıxış 2,1 milyard dollar olub. Virus narahatlıqları hələ də Çin bazarına təsir etsə də, Çin səlahiyyətliləri əvvəlcə Zhengzhou bölgəsindəki ən böyük "iPhone" istehsal müəssisəsi ətrafındakı karantinin planlaşdırıldığı kimi qaldırıldığını bildirib. Lakin sonradan bildirilib ki, obyekt məhdudiyyətlərin hələ də qüvvədə olduğu “yüksək risk zonasında”dır.