Bu il 10-cu ildönümünü qeyd edən "Brand Week İstanbul"un 9 noyabrda Zorlu PSM-də başlayan marafonu başa çatıb. İlin ən ruhlandırıcı həftəsinin son günündə tam səhər sessiyalarından sonra günorta seanslarında dəyərli məruzəçilərə ev sahibliyi edib.


Facemark.az media tərəfdaşı olduğu festivala istinadən xəbər verir.


Demet Akbağın fəxri qonağı olduğu "Brand Week İstanbul"da iştirakçılar 9 fərqli salonda dünyanın hər yerindən dəvət olunan peşəkar spikerləri dinləmək şansı əldə etdilər.


Tədbirin son günündə yazar Daniel Pink, uçurtma dizayneri Zahit Munqan, şair və müəllif Murathan Munqan, MullenLowe Group CCO-su Jose Miguel Sokoloff, iqtisadçı Prof. Refet Gürkaynak, müğənni Zeynep Baştık, aktyor Uraz Kaygılaroğlu kimi önəmli adlar səhnəyə çıxıb.



“Öz yolunuzu tapmısınızsa, onu tutun. Onu hər zaman dəyişməyə çalışmayın,” deyə Sokoloff qeyd edib. Sektoru, medianı və nəhayət həyatı sıfırlayan reklam kampaniyalarının nümunələrini paylaşıb. Sokoloffun yenidən başlamaq ideyası ilə bağlı mesajı belə idi: “Lütfən, düsturlardan uzaq durun. Uğur, düsturların olmadığı yerdədir.”


Master Hall səhnəsində “Time to Influence” başlığı altında Tolga Akis, İlker Canıklıgil, Deniz Dülgeroğlu kimi adlar yeni media məzmun istehsalçıları, marka və istehlakçı əlaqəsi mövzularını müzakirə ediblər.



İlin ən ilhamverici həftəsi 3 gün ərzində mütəxəssislərlə gələcəyi formalaşdıracaq trendlər müzakirə edilib. Kev Chesters, İlber Ortaylı, Pınar Toprak, Nilay Örnek, Şenol Günəş, Prof. Mete Atatüre, Ünsa Ünlü, Phil Barden, Prof. Oğuz Babüroğlu, Pınar Dəniz və Seda Bakan kimi adlarla mədəniyyət, iqtisadiyyat və texnologiya kimi sahələrin gələcəyi müzakirə edilib.