Qızılın qiyməti bir həftə ərzində 90 dollardan çox artaraq 1772 dollar olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qızıl qiymətləri son günlərdə "ABŞ Federal Ehtiyat Sistemi"nin dekabr toplantısından etibarən faiz artım sürətini aşağı salacağı gözləntiləri ilə sürətlə yüksəlib.
Dollar indeksi zəifləsə də, qızıl qiymətləri bu həftə son iki il yarımda ən yaxşı həftəlik performansını nümayiş etdirib. Həftəyə 1681 dollar səviyyəsində başlayan qızılın qiyməti bu gün 1772 dollar görüb. Həftəlik qazanc 91 dollara çatıb. Qram altında bu gün 1054 tl ilə rekord səviyyə görülüb.