Qlobal tələbatın zəifləməsinə baxmayaraq, Avro bölgəsində sənaye istehsalı sentyabr ayında əvvəlki ayla müqayisədə 0,9 faiz artaraq təxminləri üstələyib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avropa Statistika İdarəsi" sentyabr ayı üçün "Avropa İttifaqı" və Avro bölgəsi üçün mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb. "Aİ" ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım yüzdə 11,9 ilə İrlandiyada, yüzdə 7,1 ilə Belçikada, yüzdə 1,6 ilə Macarıstan və Hollandiyada müəyyən edilib. Ən çox azalma 8,2 faizlə Litvada, 4,5 faizlə Yunanıstanda və 3,6 faizlə Estoniyada müşahidə olunub.