"Çin Milli Statistika Bürosu"nun açıqladığı məlumatlara görə, Çində iqtisadi aktivlik göstəriciləri oktyabr ayında gözləntilərin altında qalıb
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çində daxili tələbi ölçən pərakəndə satışlar oktyabr ayında bir il əvvəllə müqayisədə 0,5 faiz azalıb. Bu, may ayından bəri ilk eniş idi. İqtisadçılar oktyabrda 0,7 faiz artım gözləyirdilər. Oktyabrda sənaye istehsalında da artım yavaşlayıb. Oktyabrda istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb. Sentyabrda istehsalın illik artımı 6,3 faiz təşkil edib. Əsas kapitala investisiyalar isə yanvar-oktyabr dövründə əvvəlki ilin eyni dövrünə görə yüzdə 5,8 artıb.